Икбал-наме, глава 34
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
مغنی دلم دور گشت از شکیبسماعی ده امشب مرا دلفریب
Müğənni, könlümdə taqət yox səbrə.Bu gecə nəğmənlə qıl mənə çarə!
سماعی که چون دل به گوش آوردز بیهوشیم باز هوش آورد
Elə bir nəğmə ki, kama yetirsin,Məni huşsuzluqdan huşa gətirsin!
سخنسنج این درج گوهرنگارز دُرج این چنین کرد گوهر نثار
O gövhər paylayan öz mücrüsündən -Belə gövhər saçır söz mücrüsündən:
که چون شه ز مشرق برون برد رختبه عرض جنوبی برافراخت تخت
Şah dönüb Məşriqdən mənzilə yetdi,Atını Cənuba tərəf yönəltdi.
هوای جهان دیده سازندهترزمانه زمین را نوازندهتر
Havanın ən lətif, ən xoş bir çağı,Oxşayıb sevəndə ruzgar torpağı,
چو قاروره صبح نارنج بویترنجی شد از آب این سبز جوی
Narıncı ətr ilə sübh oyananda,Türüncü rənglərlə su boyananda,
از آن کوچگه رخت پرداختندسوی کوچگاهی دگر تاختند
Yenə köç yerindən çıxıb səfərə,Sürdülər atları başqa bir yerə.
نمودند منزل شناسان راهکه چون شه کند کوچ از ین کوچگاه
Şaha bələdçilər verdilər xəbərKi, burdan çıxaraq edərkən səfər,
دهی بیند آراسته چون بهشتسوادش پر از سبزه و آب و کشت
Yolda behişttək bir kəndə çatacaq,Hər yanı çəmənlik, hər yanı bulaq.
در او مردمانی همه سرپرسترها کرده فرمان یزدان ز دست
Orda yaşayanlar haqqı danırlar,Bütü özlərinə allah sanırlar.
مگر شاهشان در پناه آوردوزان گمرهی باز راه آورد
Bəlkə şah onlara edə mərhəmət,Edə onları da haqq yola dəvət.
چو شب خون خورشید در جام کرددر آن منزل آن شب شه آرام کرد
Gecənin camına gün axıb doldu,Yetişib o kəndə şah, aram oldu.
چو طاوس خورشید بگشاد بالزراندود شد لاجوردی هلال
Günəş tovuz kimi açdı balü pər,Lacivərd hilalın üstə səpdi zər.
جهانجوی بر بارگی بست رختز فتراک او سربرآورده بخت
Qalxdı o cahangir atın belinə,Zəfər cilovunu aldı əlinə.
خرامنده میرفت بر پشت بوربه گور افکنی همچو بهرام گور
Qürurla atını sürdü qabağa,Sanki Bəhram getdi gur ovlamağa.
پدید آمد آن سبزه و جوی و باغجهان در جهان روشنی چون چراغ
Açıldı önündə nurlu bir cahan,Çiçəkli, çeşməli bağ idi hər yan...
دهی چون بهشتی برافروختهبهشتیصفت حله بردوخته
Hər yanı yamyaşıl gözəl bir kənddi,Kənd demə, elə bil əsil cənnətdi.
چو شه در دهِ سرپرستان رسیددهی دید و دِهمهتری را ندید
Şah gəlib o kəndə çatdığı zaman.Görmədi pişvaza çıxan bir insan.
خدایی نه و دهخدایان بسینه در کس دهایی، نه در ده کسی
Çox idi o kənddə allahlıq edən,Hamısı uzaqdı dindən, əqildən.
خمی هر کس از گِل برانگیختهز کنجد درو روغنی ریخته
Palçıq bir küp qoyub evinə hərə,Küncüd yağı töküb həmin küplərə,
جداگانه در روغن هر خمیفکنده ز نامردمی مردمی
Yağla dolu küpə insafsızlıqdanOnlar salardılar bir nəfər insan.
پس سی چهل روز یا بیشترکشیدندی از مرد سرگشته سر
Üstündən otuz gün, qırx gün keçərkənKəsib alardılar başı o küpdən.
سری بودی از مغز و از پی تهیفرومانده بر تن همه فربهی
Baş dönüb qupquru kəllə olardı,Bədənsə necə var elə qalardı.
نهادندی آن کله خشک پیشوزو بازجستندی احوال خویش
Bu quru kəlləni sanaraq rəhbər,Ondan alardılar hər şeyi xəbər.
قضیبی زدندی بر آن استخوانشدندی بر آن کله فریاد خوان
Quru, boş kəlləni çubuqlayaraq,Hərdən sorardılar ondan bu sayaq:
که امشب چه نیک و بد آید پدیدهمان روز فردا چه خواهد رسید
"Yaxşımı keçəcək bizim gecəmiz?Nələr görəcəyik sabahkı gün biz?"
صدایی برون آمدی از نهفتصدایی که مانند باشد به گفت
Guya bu kəllədə gizlin sirr varmış,Ondan danışıqtək bir səs çıxarmış,
که فردا چنین باشد از گرم و سردچنین نقش دارد جهان در نورد
Deyərmiş sabahkı müqəddəratdan:Hansı yollar ilə gedəcək cahan.
گرفتندی آن نقش را در خیالچنین بودشان گردش ماه و سال
Baxıb o söyləyən sözə, təbirə,Yozardı bəxtini hərə bir cürə.
چو دانست فرماندهٔ چارهسازکه تعلیم دیوست از آنگونه راز
Görüb bu adəti müdrik xilaskarDedi ki, bu sirdə bir div əli var.
بفرمود تا کلهها بشکنندخم روغن از خانهها برکنند
Əmr etdi, kəllələr bütün qırılsın,Yağla dolu küplər tez sındırılsın.
بسی حجت انگیخت رایش درستکه تا دورشان کرد از آن رای سست
Ağıllı dəlillər ilə hökmüdarBatil fikirləri etdi tarmar.
در آموختشان رسم دینپروریحساب خدایی و پیغمبری
Onları təlqinlə dinpərvər etdi,Allah və peyğəmbər yolu öyrətdi.
بر آن قوم صاحبدلی برگماشتکه داند دلی چند را پاس داشت
Bir təmiz qəlblini böyük İskəndərBurada onlara eylədi rəhbər.
چو شد کار آن کشور آراستهروا رو شد از راه برخاسته
Ölkənin işini qaydaya saldı,Yenə də gethaget səsi ucaldı.
به فرخرکابی و خرمدلیبرون راند از آن شاه یک منزلی
Fərəhlə eləyib ordan hərəkət,Bir mənzil yol getdi o, sağ-səlamət.
ره انجام را زیر زین رام کردچو انجم در آن ره کم آرام کرد
Hökmüdar atına vermədi aman,Axıb ulduz kimi keçdi yollardan.
رهی پیچ بر پیچ تاریک و تنگهمه راه پُرخار و پُر خارهسنگ
Yollar buruq-buruq, yollar dumanlı,Uçurum, darısqal, daşlı, tikanlı.
پدیدار شد تیغ کوهی بلندکه از بر شدن بود جان را گزند
Göründü zirvəsi qılınctək bir dağ,Əzab-əziyyətdi o dağı aşmaq.
پس و پیش آن کوه را دید شاهضرورت برو کرد بایست راه
Şah onu seyr etdi başdan-ayağa,Yol gəzdi birtəhər ora çıxmağa.
برون برد لشگر بر آن تیغ کوهز رنج آمده تیغداران ستوه
Çəkdi ordusunu o dağa sarı,Hədsiz əziyyətlər yordu onları.
ز تیزی و سختی که آن سنگ بودسم چارپایان بر آن سنگ سود
O qədər sərtdi ki, daşlar, həmin günDırnaqdan oldular heyvanlar bütün.
چو شه دید کز سنگ پولادسایخراشیده میشد سم چارپای
Şah gördü bu daşlar bərkdir poladtək,Heyvanlar yorulub əldən düşəcək,
بفرمود تا از تن گاو و گوربه چرم اندر آرند سم ستور
Əmr etdi xam gönlə, dəriylə bərk-bərkOnların dırnağı sarınsın gərək.
نمدها و کرباسهای سطبرببندند بر پای پویان هژبر
Dırnaqlar daşlara dəyməsin deyə,Möhkəm sarısınlar qalın keçəyə.
همه رهگذرها بروبند پاکز سنگی که پوینده شد زو هلاک
Yolda yeriməyə əngəl törədənDaşları yığsınlar bütün o yerdən.
به فرمان شه راه میروفتندگریوه به پولاد میکوفتند
Yığdılar yollarda nə qədər daş var,Çala-çuxurları hamarladılar.
از آنان که بودند فراش راهتنی چند رفتند نزدیک شاه
Gəlib neçə fərraş şahın yanına,Ədəblə, hörmətlə baş əydi ona.
یکی مشت سنگ آوریدند پیشکه سم ستوران ازین است ریش
Bir ovuc daş verib dedilər: "Bir bax,Bu daşlar minikdə qoymayıb dırnaq.
به نعل ستوران درش یافتیمبه سختیش از آن نعل برتافتیم
Nallardan əzabla çıxarmışıq biz.Bunlardan dad çəkib miniklərimiz.
بسی کوفتیمش به پولاد سختنشد پاره، پولاد شد لخت لخت
Polad çəkiclərlə döydük o ki, var,Polad sındı, amma sınmadı daşlar.
برآن سنگ زد شاه شمشیر تیزنبرید و شمشیر شد ریز ریز
Şah daşa zəhm ilə bir qılınc çaldı,Qılınc parçalandı, daş bütöv qaldı.
بههر جوهری ساختندش خراشبه ارزیز برخاست از وی تراش
Hansı bir maddəylə onu sürtdülər,Qalaydan başqa şey etmədi əsər.
چو شه دید کاو سنگ را آس کردز برندگی نامش الماس کرد
Doğrudan bu daşlar bərkdi, itiydi.Odur ki, bunlara şah "almaz" dedi.
همیگفت با هر کس از هر دریکه هست این گرانمایهتر جوهری
Toplayıb hamını dedi hökmüdar:"Tanıyın, qiymətli daşlardır bunlar.
بدان تا پژوهش سگالی کنندره خویش از الماس خالی کنند
Bunlar kara gələr, yəqin ki, bir gün,Yığın, təmizləyin yolları bütün!".
نمودنش به هر سنگ جویی سپردکه تا راه داند بدان سنگ برد
Daşları tanıyıb yığsınlar deyə.Nümunə verirdi hər döyüşçüyə.
چو افتاد در لشگر این گفتگویمیان بست هر یک بدین جستجوی
Əsgərlər bu sözü eşidən zamanDüşüb axtardılar həmin daşlardan.
بسی باز جستند بالا و پستگرانمایه گوهر کم آمد بهدست
Aşağı yuxarı, çox axtardılar,Ancaq gördülər ki, bu daşdan az var,
کمر به کمر گرد بر گرد کوهیکی وادییی بود دریا شکوه
Dəniztək vüsətli bir dərə vardı,Dağı dörd tərəfdən o qucaqlardı,
فراوان در آن وادی الماس بودکه روشنتر از آب در طاس بود
Almazla doluydu o dərin dərə,Gəlirdi tasdakı sutək nəzərə.
چو دریا که گوهر برآرد ز غارنه دریای ماهی که دریای مار
Dərə dəniz kimi gövhər saçandı,Ancaq ki, balığı onun ilandı.
ز ماران در او صد هزاران بهجوشکه دیدهست ماران گوهرفروش؟
Qaynaşır ilanlar min-min hər yanda,Kim görüb ilanı gövhər satanda?
مگر زان شد آن ره ز ماران به رنجکه بی مار نتوان شدی سوی گنج
İlanlar onunçün dolub bu yolaKi, xəznə bir yerdə olur ilanla.
همان راه گنجینه دشوار بودطریق شدن ناپدیدار بود
Yolu xəzinənin çətindi yaman,Yox idi bir nəfər ora yol tapan.
چو شه دید کآن کانِ الماسخیزگذرگاه دارد چو الماس تیز
Şah gördü çox-çoxdur mədəndə almaz,Almazın üstüylə yol getmək olmaz,
هم از ترس ماران هم از رنج راهکسی سوی وادی نرفت از سپاه
Həm də ki, yollarda doludur ilan,Bir əsgər getməyir ora qorxudan.
نظر کرد هر سو چو نظارهایبدان تا به دست آورد چارهای
Düşündü, axtardı buna bir çara,Diqqətlə baxanda qayalıqlara,
عقاب سیه بر کمرهای سنگبسی دید هر یک شکاری به چنگ
Gördü ki, qayalar üstünə qonmuşCaynaqlarında ov çoxlu qaraquş.
چو زانسان عقابان پرنده دیدعقابین اندیشه را سرکشید
Uçuşan quşları görəndə orda,Öz fikir quşunu uçurtdu o da.
بفرمود کارند میشی هزارنبینند کان فربهست این نزاد
Əmr etdi: kök, arıq, nə olur olsun,Yığıb gətirsinlər düz min baş qoyun.
گلو باز برند یکبارهشانکنند آنگه از یکدگر پارهشان
Həmin qoyunları kəssinlər onlar,Ətini doğrayıb parçalasınlar.
کجا کان الماس بینند زیربر آن کان فشانند یک یک دلیر
Atsınlar o mədən sayılan yerə,Ət ilə qalanıb dolsun o dərə.
به فرمانبری زانکه فرمان بدوستاز آن گوسفندان کشیدند پوست
Şahın əmri ilə görüldü tədbir,Qoyunlar kəsilib soyuldu bir-bir.
کجا کان الماس بشناختنداز آن گوشت لختی بینداختند
Almazlar mədəni sayılan yeriƏtlə doldurdular atıb leşləri.
چو الماس دوسیده شد بر کباببه جنبش در آمد ز هر سو عقاب
Ətə almaz duztək yapışan zamanQuşlar da uçuşub gəldi hər yandan;
کباب و نمک هر دو برداشتنددر آن غار جز مار نگذاشتند
Kababla "duzu" da aldılar onlar,Qaldı o dərədə yalnız ilanlar.
ببردند و خوردند بالای کوهپس هر عقابی دوان ده گروه
Qayalar üstünə qonub yedilər,Hər quşun dalınca getdi on nəfər.
هر الماس کز گوش افتاده بودبر شاه برد آنکه آزاده بود
Tökülən almazı onlar yığaraq,Şahın hüzuruna döndülər qıvraq.
شه الماسها را بههم گرد کردبدش آبگون بود و نیکوش زرد
Şah yığdı bir yerə o almazları,Pislər gömgöy idi, yaxşılar sarı.
وز آنجا سوی پستی آورد میلفرود آمد از کوه چون تند سیل
Şah ordan aşağı dönüb gələrəkEndi dağdan axan qüdrətli seltək.
در آن پویه تعجیل میساختندرهی بی قلاوز همیتاختند
Onlar çox sürətlə endilər dağdan,Yox idi bir nəfər bələdçi-filan.
ستوران ز نعل آتش انگیختهبجای خوی از سینه خون ریخته
Atların nalından odlar yağırdı,Döşündən tər deyil, qanlar axırdı.
چو رفتند یک ماه از آن راه پیشسم بادپایان شد از پویه ریش
Bir ay yol getdilər onlar bu sayaq,Qalmadı minikdə salamat dırnaq.
هم آخر به نیروی بخت بلندسپاه از گله رست و شاه از گزند
Axır xoşbəxtliklə qurtardı birdənQoşun şikayətdən, şah əziyyətdən:
برون برد شه رخت از آن سنگلاخعمارتگهی دید و جایی فراخ
Qoşunu şah daşlıq yerdən çıxartdı,Həm abad, həm geniş bir yerə çatdı.
در آن زرعگه کشتزاری شگرفنوازش گرفته ز باران و برف
O münbit torpaqda yağışdan, qardanGömgöy əkinlərlə doluydu hər yan.
ز سبزی و تری و تابندگیبر او جان و دل را شتابندگی
Yamyaşıl, şən, göyçək görüb o yurdu,Qəlbi həsrət ilə ora uçurdu.
ز تاراج آن سبزه پی کرده گمسپنج ستوران بیگانه سم
Atlar ac, burasa göy otla dolu...Başları qarışdı, azdılar yolu.
جوانی در آن کِشته چون شیرمستبرهنه سر و پای بیلی بهدست
Bir gənc, - əlində bel, ayağı yalınDurmuşdu zəmidə şir kimi dalğın.
ز خوبی و چالاکی پیکرشسزاوار تاج کیانی سرش
İgiddi, tərifə yox ehtiyacı,Başına layiqdi Kəyanlar tacı.
فروزنده بیلش چو زرین کلیدنشان برومندی از وی پدید
Bel sanki əlində qızıl açardı.Üzündə iş-gücün nişanı vardı.
گهی بیل برداشت گاهی نهادگهی بند میبست و گه میگشاد
Beli gah qaldırır, gah endirirdi,Suyu gah kəsirdi, gah da verirdi.
جهاندار خواندش به آزرم و گفتکه خوی تو با خاک چون گشت جفت؟
Şah dəvət eləyib soruşdu ondan:"Nədəndir torpağa meylin, ey cavan?
جوانی و خوبی و بیدارمغزز نغزان نباید به جز کار نغز
Bir gözəl oğlansan, düşüncən də var,Gözəl iş görməli gözəl insanlar.
نه کار تو شد بیل برداشتنبه ویرانهای دانهای کاشتن
Sənə layiq deyil bu çöldə qultəkƏlinə bel alıb rəncbərlik etmək.
بدین فرخی گوهری تابناکنه فرخ بود هم ترازوی خاک
Belə gözəl, parlaq gövhərə əslaYaraşmaz torpağa qaxılıb qala.
بیا تا ترا پادشاهی دهمز پیکار خاکت رهایی دهم
Lap şahlıq verərəm istəsən sənə,Əl çək bu torpaqdan, qulaq as mənə.."
به پاسخ کشاورز آهستهرایچو آورده بد شرط خدمت بجای
Ağıllı əkinçi eyləyib xitab,Verdi padişaha ədəblə cavab:
چنین گفت کای رایض روزگارهمه توسنان از تو آموزگار
"Ey dünya alimi, adil hökmüdar,Sənə ram olmuşdur xamlar, harınlar.
چنان مان بههر پیشهور پیشهایکه در خلقتش ناید اندیشهای
Bir elə iş ver ki, hər peşəkara,Qoymasın işindən onu avara.
بجز دانهکاری مرا کار نیستبه من پادشاهی سزاوار نیست
Başqa iş bilmərəm, əkinçiyəm mən,Padşahlıq eləmək gəlməz əlimdən.
کشاورز را جای باشد درشتچو نرمی ببیند شود کوژ پشت
Rəncbərin yatağı daim bərk olar,Biz yumşaq yataqda olarıq donqar.
تنم در درشتی گرفتهست چرمهلاک درشتان بود جای نرم
Bərkliyə öyrənib vücudum mənim,Çox yumşaq yatağa dözməz bədənim.
تن سخت کو نازنینی کندچو صمغی بود کهانگبینی کند
Zəriflik eləsə kobud bədənlər,Elə bil yapışqan bal olmaq istər!.."
خوش آمد جهانجوی را پاسخشثنا گفت بر گفتن فرخش
Bu cavab padşahın gəldi xoşuna,Ürəkdən "Afərin!" söylədi ona.
خبر باز پرسیدش از کردگارکز اینسان ترا کیست پروردگار؟
Sonra da etməkçün onu imtahanSoruşdu: "Allahın kimdir, ey cavan?
که شد پاسدار تو در خفت و خیز؟پناهت کجا کرد بازار تیز؟
Səni kim qoruyur dünyada şərdən?De, nəyə etiqad eləyirsən sən?
کهرا میپرستی کهرا بندهای؟نظر بر کدامین ره افکندهای؟
Kimə qul bilirsən, söylə, özünü?Tikibsən hansı bir yola gözünü?"
جوانمرد گفت ای ز گیتی خدایبه پیغمبری خلق را رهنمای
Gənc dedi: "Ey haqdan xəbərlər verən,Peyğəmbərlik edib düz yol göstərən!
در آن کس دل خویش بستم که توهمان قبله را میپرستم که تو
Səninlə bir yolun yolçusuyam mən,Mənim də qibləmdir sənin öz qiblən.
برآرنده آسمان کبودنگارنده کوه و صحرا و رود
Dağları, daşları, çağlayanları,Göyləri bəzəyən kəhkaşanları
شب و روز پیش جهانآفریننهم چند ره روی خود بر زمین
Yaradan allaha mən gecə-gündüzSəcdəylə sürtürəm bu torpağa üz.
بدین چشم و ابروی آراستهکزینسان به من داد ناخواسته
Bu qaşı, bu gözü odur nəqş edən,Özümdən xəbərsiz mənə bəxş edən.
بهدیگر کرمها که با من نمودکه از هر یکم هست صدگونه سود
Daha neçə nemət mənə göndərmiş,Onun yüzdə biri min fayda vermiş.
سپاسش برم، واجب آید سپاسبر آنکس که او باشد ایزدشناس
Mənim də borcümdur ona şükr etmək,Allahı tanıyan şükr edə gərək.
ترا کامدستی به پیغمبریپذیرفتم از راه دین پروری
Sən bir peyğəmbərsən, mən allaha qul,Odur ki, edirəm dinini qəbul.
ترا دیدهام پیشتر زین به خواببه تو زنده گشتم چو ماهی به آب
Mən səni əvvəldən görüb yuxuda,Sayəndə dirildim balıqtək suda,
کنون کامدی وین خبر شد عیانبه خدمتگری چون نبندم میان؟
İndi, sən qarşımda zühur edəndə,Əmrinə həmişə hazıram mən də.
نگویم جهان چون تویی ناوریدجهانآفرین چون تویی نافرید
Dünya yetirməmiş sənintək insan,Səni tək yaratmış böyük yaradan.
جهان را تویی مایهٔ خرمیز سد تو دارد جهان محکمی
Aləmdə şadlığın mayəsi sənsən,Dünyanı hifz etdin öz səddinlə sən!"
سکندر بران پاکسیرت جوانکه بودش سر و سایه خسروان
Şahların başçısı olan İskəndərHəmin xoşxasiyyət gəncə bir qədər
ثنا گفت و بر تارکش بوسه دادهمان نام یزدان براو کرد یاد
"Afərin!" söyləyib öpdü alnından,Allahın adını eylədi bəyan.
برآراستش خلعت خسرویبه دین خدا کرد پشتش قوی
Ona bağışladı şahanə xələt,Allahın dinilə tapdı o qüdrət.
در آن مرز و آن مرغزار فراخکه هم سرخ گل بود و هم سبز شاخ
Bu güllü, çiçəkli gülşən ölkədə,Çəmənli, bulaqlı bu şən ölkədə
شبانروزی آسود شه با سپاهسبکتر شد از خستگیهای راه
Qoşunla birlikdə şah bir gün qaldı,Hamı rahatlanıb dincini aldı.
چو سالار این هفت خروار کوسبرآورد بانگ از گلوی خروس
Bu yeddi xalvarlıq təbli çaldıranXoruza əmr edib verdirəndə ban,
دگر باره شه رفتن آغاز کرددگر ره بسیچ سفر ساز کرد
Yola hazırlaşdı yenə İskəndər,Tədarük gördülər, başlandı səfər.
چو زان مراحله منزلی چند راندبه منزل دگر بار منزل رساند
Xeyli uzaqlaşıb həmin ölkədən,Başqa bir mənzildə saldılar məskən.
فروزنده مرزی چو روشن بهشتزمینهای وی جمله بی گاو و کشت
Bu ölkə cənnəttək gözəl bir yerdi,Torpağı əkinsiz məhsul verərdi.
درخت و گل و سبزه آب روانعمارتگهی درخور خسروان
Ağaclı, çiçəkli gözəl diyardı,Hər yanda şahanə saraylar vardı.
جز آنش خلل نی که نا کشته بودزمینی به آبی درآغشته بود
Ancaq torpağını basmışdı sular,Çürüyüb solmuşdu orda hər nə var.
بپرسید کاین مرز را نام چیستسر و سرور این بر و بوم کیست؟
Şah sordu: "Bu yerdə kimlər hakimdir?Bu hansı ölkədir? Sahibi kimdir?
کشاورز و گاو آهن و گاو کو؟کجا در چنین ده کند گاو هو؟
Bunun əkinçisi, öküzü hanı?Hanı xış sürəni, cilov tutanı?"
یکی از مقیمان آن زرعگاهچنین گفت بعد از زمینبوس شاه
Yerlilərdən biri təzim eylədi,Şaha əhvalatı belə söylədi:
که اقصای این ده گشاینده مرزحوالی بسی دارد از بهر ورز
"Qəlbə fərəh verir bu gözəl diyar.Onun bərəkətli zəmiləri var.
در او هر چه کاری به هنگام خویشیکی زو هزار آورد بلکه بیش
Burda əkin əksən vaxtında əgər,Məhsulu ən azı birə min verər.
ولیکن ز بیداد یابد گزندنگردد کس از دخل او بهرهمند
Ancaq zülm əlindən gəlib zavala,Düşüb bu faydasız, bəhrəsiz hala.
اگر داد بودی و داور بسیده آباد بودی و در ده کسی
Adil olsa idi burda hökmüran.Kənd abad olardı, kənddə də - insan.
به انصاف و داد آرد این خاک برتباهی پذیرد ز بیدادگر
Bu yer ədalətə görə verər bar,Zülmdən zavala gəlib məhv olar.
چو از دخل او گردد انصاف کمبسوزد ز گرمی بپوسد ز نم
Bir yerdə insafdan olmasa nişan.Quruyar istidən, çürüyər sudan.
به یک جو که در مالش آرند میلجو و گندمش را برد باد و سیل
Bu yerdə zülm olsa bir arpa qədər,Arpanı, buğdanı yel, sel məhv edər.
سبک منجنیق است بازوی اوکه گردد به یک جو ترازوی او
Bu yerin çox incə tərəzisi var,Bircə arpa onu əyərək pozar."
چو خسرو خبر یافت کان خاک و آبز بیداد بیدادگر شد خراب
İskəndər bildi ki, bu su, bu torpaqZülmdən xaraba qalıb bu sayaq,
درو سدی از عدل بنیاد کردهمان نامش اسکندر آباد کرد
Ədli bərpa etdi, kənd oldu abad,Qoydu adını da: İskəndərabad.
به آبادیش داد منشور خویشکه هر کس دهد حق مزدور خویش
Bir qanun qoydu ki, o kənddə heç kəsMuzdurun haqqını verməyə bilməz.
دهد هرکسی مال خود را زکاتبه تاراجشان کس نیارد برات
Hər kəs verməlidir malına zəkat,Ora xərac üçün gəlməsin barat.
در او ره نباید برات آوریهزار آفرین بر چنان داوری
Heç bir tövcü yığan ora gəlməsin...Belə hökmüdara yüz min afərin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-iqbalname-34
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Куст едва лишь зарделся весенним цветением роз,Соловей неожиданно соколу задал вопрос:
Сокровищница тайн, глава 60О писец, да пошлет тебе доброе утро Аллах!Вот я узником стал, как перо у поэта в руках.
Шараф-наме, глава 1خدایا جهانپادشایی تو راستز ما خدمت آید خدایی تو راست
Шараф-наме, глава 2بزرگا بزرگیدها بیکسمتویی یاوریبخش و یاریرسم
Стихи других поэтов
Sen sanma ki ben dünyâda bes yârı severemYârdan haberi var ise ağyârı severem
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
OlarXəstə Hasan xonçaların xonçası,Könül evi övliyalar baxçası,