Шараф-наме, глава 2
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
بزرگا بزرگیدها بیکسمتویی یاوریبخش و یاریرسم
Kimsəm yox, ey bizə böyüklük verən,Pənahım da sənsən, köməyim də sən.
نیاوردم از خانه چیزی نخستتو دادی همه چیزِ من چیزِ توست
Çılçılpaq gəlmişəm, ey Pərvərdigar,Hər şeyim sənindir, mənim nəyim var?
چو کردی چراغ مرا نوردارز من بادِ مشعلکُشان دور دار
Sən verdin mənə bir işıqlı çıraq,Onu hər küləkdən özün et iraq.
به کشتن چو دادی تنومندیامتو ده ز آنچه کشتم برومندیام
Əkməyə sən verdin sağlam bir qüvvət,Mənə əkdiyimdən ayır bir qismət.
گریوه بلند است و سیلاب سختمپیچان عنانِ من از راهِ بخت
Təpələr ucadır, sellər çağlayan,Çevirmə yüyəni bəxtin yolundan.
ازین سیلگاهم چنان ده گذارکه پل نشکند بر من این رودبار
Məni bu sellərdən sən elə qurtar,Körpünü qırmasın bu daşqın çaylar.
عقوبت مکن عذرخواه آمدمبه درگاه تو روسیاه آمدم
Gəlmişəm qapına, üzümdür qara,Bağışla, ey Tanrı, yaxma odlara.
سیاه مرا هم تو گردان سپیدمگردانم از درگهت ناامید
Üzümü ağ elə sən, ey Yaradan,Ümidsiz qaytarma uca qapından.
سرشت مرا کافریدی ز خاکسرشته تو کردی به ناپاک و پاک
Torpaqdan yoğurub yaratdın məni,Təmiz, natəmizdən etdin bədəni.
اگر نیکم و گر بدم در سرشتقضای تو این نقش در من نبشت
Tiynətcə yaxşıyam, yamanamsa mən,Bu nəqşi san mənə vurdun əzəldən,
خداوند مایی و ما بندهایمبه نیروی تو یک به یک زندهایم
Biz aciz bəndəyik, sənsən Yaradan,Sənin qüvvətinlə yaşayır insan.
هر آنچ آفریده است بیننده رانشان میدهند آفریننده را
Yaranmış hər bir şey baxıb görənə,Yaradandan verir xəbəri yenə.
مرا هست بینش نظرگاه توچگونه نبینم بدو راه تو
Mən sənə ağlımla salıram nəzər,Yolunu görməmək olarmı məgər?
تو را بینم از هر چه پرداخته استکه هستی تو سازنده و او ساخته است
Hər bir yaranmışın sənsən mənası,O ancaq məxluqdur, sənsən ustası.
همه صورتی پیش فرهنگ و رایبه نقاش صورت بود رهنمای
Ağıl nəzərindən keçən hər surətDeyilmi nəqqaşı göstərən höccət?
بسی منزل آمد ز من تا به تونشاید تو را یافت الا به تو
Arada məsafə olduqca uzaq,Səni tək səninlə mümkündür tapmaq.
اساسی که در آسمان و زمیستبه اندازهٔ فکرت آدمیست
Yerlərdə, göylərdə qoyulan əsas,Ağıl ölçüsündən kənara çıxmaz.
شود فکرت اندازه را رهنمونسر از حد و اندازه نارد برون
Bələdçi olmağa cəhd edər xəyal,Əndazədən kənar yol tapmaz hər hal.
به هر پایهای دست چندان رسدکه آن پایه را حد به پایان رسد
Yaramaz payədən kənara çıxmaq,Hədsizin sonuna qoyulmaz ayaq.
چو پایان پذیرد حد کایناتنماند در اندیشه دیگر جهات
Kainat hüdudu başa yetincə,O səmtə yol tapmaz aciz düşüncə.
نیندیشد اندیشه افزون ازینتو هستی نه این بلکه بیرون ازین
Düşüncə bu qədər yol tapar ancaq,Sən başqa bir şeysən, hüduddan uzaq.
بر آن دارم ای مصلحتخواه منکه باشد سوی مصلحت راه من
Ey Tanrım, umuram, öz hikmətinləİşıq yol açarsa məsləhətinlə.
رهی پیشم آور که فرجام کارتو خشنود باشی و من رستگار
Qarşıma elə bir yol çıxar, bundanMən nicat tapım ki, razı qalasan.
جز این نیستم چارهای در سرشتکه سر برنگردانم از سرنوشت
Başqa bir çarəm yox, təsliməm ancaq,Qəzadan olurmu boyun qaçırmaq?
نویسم خطی زین نیایشگریمسجل به امضای پیغمبری
Etdiyim duadan yazaram bir xətt,Üstündə möhrünü qoysun Məhəmməd.
گواهی در او از که؟ از چار یارکه صد آفرین باد بر هر چهار
Həm də dörd xəlifə şəhadətiylə,Yüzlərcə eşq olsun dördünə belə.
نگهدارم آن خط خونی رهانچو تعویذ بر بازوی خود نهان
Qanlını qurtaran xətt sənəd kimi,Qolumda qalar bir bazubənd kimi.
در آن داوریگاه چون تیغ تیزکه هم رستخیز است و هم رسته خیز
Başlarkən qılınctək kəsən məhkəmən,Məhşərlə qiyamət qarşı gəlirkən
چو پران شود نامهها سوی مردمن آن نامه را بر گشایم نورد
Hər kəsin boynunda nameyi-əmal,Mən də bu naməni çıxarram dərhal,
نمایم که چون حکم رانی درستبر این حکم ران وآن دگر حکم تست
Göstərrəm, insafla hökmü verənsən,Bununla hökm ver, çün hakim sənsən.
امیدم به تو هست زاندازه بیشمکن ناامیدم ز درگاه خویش
Ümidim sənədir, ey ulu Tanrı,Qapından ümidsiz qaytarma, barı.
ز خود گرچه مرکب برون راندهامبه راه تو در نیمره ماندهام
Atımı həddimdən uzaq salmışam,Yolunda mən yarı yolda qalmışam.
فرود آر مهدم به درگاه خویشمگردان سر رشته از راه خویش
Taxtımı qapında düşür, Yaradan,Məni azdırma öz doğru yolundan.
ز من کاهش و جان فزودن ز تونشان جستن از من نمودن ز تو
Səndən yol göstərmək, məndən aramaq,Mən cana gəlmişəm, sən can ver, ancaq
چو بازار من بی من آراستیبدان رسم و آیین که میخواستی
Sevdiyin ayinlə, ey Pərvərdigar,Sən mənsiz bəzədin mənə bir bazar.
ز رونق مبر نقش آرایشمنصیبی ده از گنج بخشایشم
Bu zinət naxşını salma rövnəqdən,Mənə öz xəznəndən bir pay ayır sən.
چه خواهی ز من با چنین بود سستهمان گیر نابوده بودن نخست
Bu zəif varlıqdan nədir istəyin?Elə bil əvvəldən yoxmuş bu miskin.
مرا چون نظر بر من انداختیمزن مقرعه چون که بنواختی
Sən əziz tutmusan, yandırma məni,Nəzərin məndəykən qovma bəndəni.
تو دادی مرا پایگاه بلندتوام دست گیر اندرین پایبند
Sən verdin mənə bu uca rütbəni,Sən də bu zindandan gəl qurtar məni.
چو دادیم ناموس نامآورانبده دادم ای داور داوران
İndi ki, vermişsən böyüklük, ad-san,Kömək ol mənə, ey adil Yaradan!
سری را که بر سر نهادی کلاهمینداز در پای هر خاک راه
Hər kimin başına qoydunsa külah,Salma toz-torpağa, əziz tut, Allah.
دلی را که شد بر درت رازدارز دریوزهٔ هر دری باز دار
Qapının sirdaşı olan bir qəlbiQoyma hər qapıda dilənsin, Rəbbi.
نکو کن چو کردار خود کار منمکن کار با من به کردار من
Sən mənim işimi alma nəzərə,İşimə əncam çək ədlinə görə.
نظامی بدین بارگاه رفیعنیارد به جز مصطفی را شفیع
Nizami bu uca dərgahda, ancaq,Ulu Mustafanı şəfi tutacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-serefname-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Я, которым прославлена свежая роза моя,В розах шахских садов распеваю звучней соловья.
Сокровищница тайн, глава 13В час, как начал надзвездный свои начертанья калам,С первой буквы о слове он начал рассказывать нам.
Сокровищница тайн, глава 14Если россыпи слов, что размерной не тешат игройТе, что чтут жемчуга, жемчугами считают порой,
Сокровищница тайн, глава 15Солнце бросило щит, и щитом черной тени земляПала на воду неба, прохладу ночную суля.
Стихи других поэтов
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Tərəqqi və təbiətin qanunuYay fəsliydi, bir gün axşam çağında,Gəzişirdim Qız qalası dağında.
MəniCəsədim möhnətə, narə qalandıYandırıb döndərib küllərə məni.
ArzuYa rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!