Mirzə Adıgözəl bəyə
Yoxdu hər çənd cənabında diyanət, Mirzə,Əzəli nemətinə etmə xiyanət, Mirzə.
Ayda bir yerdə dolanmağına insaf elə,Heç kəsə sən bu qədər satma mətanət, Mirzə.
Şübhə yox, oynadısan cümləsini bir söz ilə,Var çün Al-Xəlilidə həmaqət, Mirzə.
Söyləyərdim qəzəl əmləh, xub və mərğub,Olmasaydı mənə mane bu nəqahət, Mirzə.
Xülafa bəhsin edir Hind ilə Rum və İran,Salma bu şüşəyə sən bəhsi-xilafət, Mirzə.
Sidq lafın nə rəvadır sənə vermək, zalim,Sən tək adəmdə görən varmı sədaqət, Mirzə.
Xeyir ilə şərdə bu şərt ilə tutman adını,Qoyasan gər oturam evdə fərağət, Mirzə.
Hansı xanda oturursan, baş urursan xanə,Duymusan Al-Xəlilidə səfahət, Mirzə.
Oxuyan dəmdə desə biri fədəmdə deyir,Biri damdan dama bilməz ki qəbahət, Mirzə.
Tapacaq həcc səvabını yəqin şol kəslər,Gənə olmaz, idələr sizə ihanət, Mirzə.
Adıdır Adıgözəl, amma özü bəd mənzər,Mənbəi-fitnə və aşub-şərarət, Mirzə.
Budu məşhur ki bikar olan dəmdə kişi,Meyl edər söhbəti-nadanə nihayət, Mirzə.
Çulunu gər himarın zərbəft-mahut edəsən,Əsli-mahiyyətə ondan nə himayət, Mirzə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-mirze-adigozel-beye
Клавиши ← → для перехода, R — случайное стихотворение