Üstünə
Mirzə Hüseyn bir kəs olsa vərşikəst,Çox adamlar alır ayaq üstünə,Odur ki Kərbəlayı bu binəvanınÇökübdür bir özgə siyaq üstünə.
Bək ki nə danışsa danişvər düşdən,Koroğlu tək beşdən ondan on beşdən,Xatircəm olubdur külləhüm işdən,Neçə gündür gəlib dimağ üstünə.
Xınzırıstan beş-on evdir kəsbkar,Yerli tayfası çomaqdan qorxar,Bəyin tati türki təmam nə ki var,Çəkərlər fəqirin çomaq üstünə.
İt uşağı qoyub börkünü dələ,Hərəsi bir dəyənək alıbdır ələ,Bədbəxt Xınzırıstana salıb vələvələ,Sanasan sağ gəlir naçağ üstünə.
Azar düşüb camışıma malıma,Görən kəslər qan yaş tökər halıma,Fələk yıxıb qəm yükünü dalıma,Bir zad qalmayıb qoyaq üstünə.
Deyirlər mövrudi dəvası dərdin,Daruyi-şəfası rüxsari-zərdin,Müşkülün həll olmaz əgər namərdin,Tutasan sübhə tək çıraq üstünə.
Dağın o üzündə bir kəndərdir bir mən,Qaqarza üç oğlan Məlik Müstəhsən,Bir ovuc torpağa göz dikmişəm mən,Necə ki quş qonar bu dağ üstünə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-ustune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
هان ای پسر مخور غم از این بیشتر همی
İstərəm peyvəstə, ey rəna dolanım başınaİstərəm peyvəstə, ey rəna dolanım başına,Qoygilən əldən inanım, ta dolanım başına.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər