Dedim: könül, sevmə xublar xubunu,Onun hər muyunda yüz min qal olur.Nagah səni dərdə giriftar eylər,Qaşı fıtnə, qəmzəsində al olur.

Ulu divanlarda çəkilir adım,Ərşə bülənd oldu dadü-fəryadım,Başım üstə qanım içən cəlladım,Sağ əlində əlif qəddim dal olur.

Camalı Yusifin-İbn Yaqubun,Aləmə şəms olan hüsnü həbibin,Ala gözlü, şirin sözlü məhbubun,Zənəxdanı dürr şöləli xal olur.

Qəmər nə yandırıb, günəş nə yaxar,Könlüm nə titrəşib ümmana axar,Qurbani der: hər kim şaha kəc baxar,Onun kəmalmda tez zaval olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви