Dindirirəm niyə dinmirsən, ay qız?Bir zaman lal olur dil, sənə qurban!Gülüb neştər ilə tökdün qanımı,Nazik əllərinlə sil, sənə qurban!

Maral gedər otlar dağın içində,Piltə şölə verər yağın içində,Bağbanı dindirdim bağın içində,Açılan lalələr, gül sənə qurban!

Yazıq Qurbaniyəm, ay güli-xəndan,Bir cüt ay baş verib çıxıb yaxandan,Bir busə istədim ağ üzdə xaldan,Acıqlandı dedi: al, sənə qurban!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе