Eylədim
Dost yolunda yaxa yırtdım, baş açdım,Gecə-gündüz dadü bidad eylədim.Öz əlimlə yıxdım özüm evimi,Müddəilər evin abad eylədim.
Töxmi-həsrət sinəm üstə əkdirdim,Gözümün yaşıyla bəhrə yetirdim,Cəfa çəkdim, dərd xırmanı gətirdim,Onun adın töhmətabad eylədim.
Dost yolunda üz qoyuban baş kəsdim,Ağlamaqdan bu didəmdən yaş kəsdim,Şirin üçün Bisitundan daş kəsdim,Münasib adımı Fərhad eylədim.
Şahin, şonqar bəy oğlunun qolunda,Seyrəğıblar həm sağında solunda,Qurbani der: bir namərdin yolunda,Cavan ömrüm heyif, bərbad eylədim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-eyledim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
به ماه دی، گلستان گفت با برفکه ما را چند حیران میگذاری
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,