Mənəm
Mürşidi-kamilim Şeyx oğlu Şahım,Bir ərzim var qulluğuna şah mənəm.Əziz başın üçün oxu ərzimi,Agah halımdan gah-bəgah mənəm.
Dərin-dərin dəryaları boyladı,Xəncər alıb qara bağrım pilədi.Oğlu olmuş vəzir qəza eylədi,Getməz damağımdan dudi-ah mənəm.
Şair olan dərsi alır pirindən,Baş açmadım səg rəqibin sirrindən,Qolu bağlı keçdim Xudafərindən,Yüzüm gülməz, heç açılmaz, ah mənəm.
(Qurbani) deyir, bahar olur, gəlir yaz,Göllərdə üzüşür ördəklə qaz.Sərim toladır, yüzüm payəndaz,Yoxdur bundan qeyri-əz bir mətah mənəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-menem