Mürşüdüm, kamilim, dinim, imanım,Bir ərzim var qulluğuna, şah, mənim.On bir aydı sər tövlənə bəklərəm,Agah ol dərdimə, qibləgah, mənim.

Heç bilmirəm, nə xəyala daldılar,Könlüm evin zülmətlərə saldılar,Döydülər, söydülər, yarım aldılar,Keçmədi əlimə doğru, şah, mənim.

Abdal olan dərsin oxur dərindən,Qəvvas olan ləli seçər düründən,Gözü yaşlı keçdim Xudafərindən,İşim oldu qəmü hicran, ah mənim.

Ötüşür bülbüllər, budu, gəldi yaz,Qurbaninin canı yolunda niyaz.Sərim sadağadır, üzüm payəndaz,Yoxdur bundan qeyri bir mətah mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов