Peykər xanım xəlvət etdi otağı,Nə üzün daldalar, nə sinə bağlarƏmim o dilləri, qaymaq dodağı,Nə üzün daldalar, nə sinə bağlar.

Zər nimtənə geyib – qolları nazik,Ağ qola yaraşır burma bilərzik.Aldılar yarımı, mən oldum yazıq,Nə üzün daldalar, nə sinə bağlar.

Doymaq olmur Qurbaninin sözündən,Əcəb işvəsindən, əcəb nazından,Bir gözəl törəyib ərəb qızından,Nə üzün daldalar, nə sinə bağlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов