Nə əcəb sevdaya düşdüm,Deyin bundan Pərim gəlsin!Əcəl şərbətini içdim,Deyin bundan Pərim gəlsin!

Dağların başı dumandı,Didəmin yaşı ümmandı,Bu gələn Şahi-xubandı,Deyin bundan Pərim gəlsin!

Yolunda qoymuşam canı,Kirpikləri tökər qanı,Bu gələndi Şəhrəbanı,Deyin bundan Pərim gəlsin!

Əyninə geyib qırmızı,Yalav1 kimi yanır üzü,Bu gələn vəzirin qızı,Deyin bundan Pərim gəlsin!

Mən ağlaram zarı-zarı,Bu zülmü götürməz tarı,Bu gələn Qurbani yarı,Əcəb gəlsin, Pərim gəlsin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов