Heç gəlmirsən bulaq üstə,Gündə üç yol gəlirəm mən.Üzümə soyuq baxırsan,Ürəyini bilirəm mən.

Kaş ki gözəl olmuyaydın,Saralıban solmuyaydın,Mənnən aşna olmuyaydın,Ayrılanda ölürəm mən.

Gül dibini xara qoydun,Bülbülü ah-zara qoydun,Qurbanini biçara qoydun,Gedirsən get, gəlirəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе