Bu qızın
Ləblər mirvaridi, incidi dəndan,Al yanağı əlvan lala bu qızın.Gözüm düşcək könlüm pərvaz eyləyər,Zənəxdanda qoşa xala bu qızın.
Əlinə götürüb bir dolu badə,Nola məni yetirəydi muradə,Yolunda qoymuşam bədəndən cadə,Gəlmir payəndazı yola bu qızın.
Mənim sevdiyimin bir ismi Nigar,Canım fərağında, gözüm intizar.Dirili Qurbani aləm-aşikarİstəyir kuyində qala bu qızın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-bu-qizin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Xoş xəbərdimi
Ağrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə