Sayalanıbdır
Nəzakət vaxtında, xublar çağında,Gördüm yar yanağı sayalanıbdır.O qara saçların atıb gərdənə,Əbrişim telləri halqalanıbdır.
Tərlan gərək cığaları əsdirə,Ahu kimi dağı-daşı səsliyə,Altdan ağ geyinib, üstdən silsilə,Çarğatının ucu sırğalanıbdır.
Qurbaniyəm, dərdim etdim hekayət,Dərd əlindən edim kimə şikayət?Bir də etsəm o pərini ziyarət,Bu can yar yolunda cəfalanıbdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-sayalanibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu dünyaya gəldi neçə alişan,Gəl sənə söyləyim nişanbanişan.
OlaFələk, sənlə vuruşmağa bir qabil meydan ola,Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
GərəkKufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.
AğacdandırSazım, gəl mənimlə danış,Sənin əslin ağacdandır.