Sən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,Sən gedəli ömrümə fırtınalar oldu eş…

Nerdə, hanki bir üfqün dərinligində qaldın,Bu doğrumu qəlbimi dondurdu bir buzlu əl,Ya bu nədir könlümə saplanıb qalan əməl?..

Aşiqlərin bir daha səni bulmasın deyə,Bu doğrumu keçdigin yerləri yıxdı, yaxdı,Ya bu nə, arxan sıra qanlı izlər buraxdı?..

Deyirlər ki, varlığın qarışdı bir kölgəyə,Bəs bu nə, məhbus kimi içimdə çırpınan can,Sənmisən, qərib Vətən, sənmisən Azərbaycan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви