Bir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…Uğrunda çarpışanlar qolları bağlı getdi,Mən yanaraq kül oldum sənin dərdinlə, Bakı…

Bir gün istiqlal dedin, biz atıldıq qovğaya,Sən bağrında qanlı bir yer açdın Moskvaya,Kim dedi çevriləsən leş qoxan bir yuvaya?Kim dedi bir mujikin əmrini dinlə, Bakı?

Dünyanın atəş dolu sinəsi mənəm deyə,İlk olaraq atəşi verdin Prometeyə…O zəncirləndi Qafa, sana can deyə-deyə,Gömüldü könüllərə eşqi səninlə, Bakı…

Sən zümrüd bir tac ikən bizim qoca Qafqasa,Düşmənə sevinc verdin, bizi düşürdün yasa.Eşqimi qanla boğdu, mən dostmu deyim rusa?Odlu köksüm qabarmış daşan bir kinlə, Bakı…

Yanarkən Səbayeldə hər axşam yaşıl mayak,Yolumu illər ilə gözləyən annəm oyaq…Taleyə bax, uzaqlar yaxın, yaxınlar uzaq,Uzaq dağlar ardından gəl məni dinlə, Bakı…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви