Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən

Mah-ruyin görəli güzgü heyrandı sənə,Göz götürməz gözüm çirkin olan göyçəkdən

Olsa hər pərdə şəkər, pişə yığıncaq eylər,Aşiqin mah-ruxəm kim dəki bir milçəkdən

Şuxluq ilə dedim: can sənə qurbandı baxın,Öldürür qəmzə ilə indi məni kirçəkdən

Nar pestanın gər dişlədim, ey mah, nə əcəb,Rəsmdir qurda qapa görsə quzu dölçəkdən

Bu könül yıxmağa adət eyləyib tifl sifət,Ki tikər, ki dağıdar, çəkməz əlin o kəcəkdən

Əqrəb zülfünü könlüm görəli nalə çəkər,Ki məgər kəsb eyləyib bu sifəti çəkçəkdən

İstədim yarə deyim dərdi, gəlib kir oldum,Olsa hər loxma böyük keçməz imiş dilçəkdən

Çeşmi-mestin qərəzi Qüdsiyə sancılmaqdır,Tiz çəngal üqaba nə gələr sərçəkdən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви