Ay ağalar, ay qazılar,Yar yaman aldatdı məni.Əl atdım yarın dəstinə,Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölünə,İlişdi sonam telinə,Düşdüm dilbilməz əlinə,Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım,Adəm atadı bünyadım,Şeş atdım, çahar oynadım,Axır fələk uddu məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви