Dağ döşündə maral gəzər,Tellərini darar gəzər,Yarım məndən kənar gəzər,Qoymun, xanlar, yarım keçdi,Könlü ahü zarım keçdi!

Bu dağların başı bütün,Ürəyimin yaşı tütün,.....................Qoymum, xanlar, yarım keçdi,Gözü intizarım keçdi!

Ərisin dağların qarı,Tökülsün çaylara sarı,Bu keçən Qurbanın yarı.Qoymun, xanlar, yarım keçdi,Üzü gülüzarım keçdi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов