Tutmuş
Kənar-ləbində daneyi-xaləm,Cayi-zövqü səfa tutmuş.Hinduyi-məstdir guya,Mülki-abi-bəqa tutmuş.
Kəman əbrusi şəstində,Növki-müjganı dəstində.Görən der: çeşmi-məstində,Sanasan ox və yay tutmuş.
Bax piçi-zülfi tarinə,Salmış o gül rüxsarinə,Guya könül ehzarinə,Nəldir kim, oda tutmuş.
Dərində gəzərəm hər su,Deməz hansı kədadır bu,Cəfacü imiş o bədxuTərki-mehri-vəfa tutmuş.
Aşiq əl çəkibdir candan,Dergilən xoşdu canandan,Vəhm etməz yetər müjgandan,Məgər onu qəza tutmuş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehemmed-bey-asiq-tutmus
Клавиши ← → для перехода, R — случайное стихотворение