İstər
Mənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.Öz əlilə aça hər şəb,Ay üzündən niqab istər.
Səfhəsi abü tabından,Ayəyi-xətt hesabından,Məshəfi-hüsnü babından,Hər sənəm bir kitab istər.
Hər gündə göydən Məsiha,Gəlir dərgahına imda,Möcüzi-ləbindən guya,Sual eylər, cavab istər.
Könüllər hayü huyundan,Dil üzməm tari-muyundan,Hər səhər mahi-ruyindan,Pərtövin afitab istər.
Aşiqi məstdir gözündən,Xəbəri yox öz-özündən,Baxdıqca doymaz üzündən,Zülfüni bihesab istər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehemmed-bey-asiq-ister
Клавиши ← → для перехода, R — случайное стихотворение