Ləbin can versə üşşaqə,Yenə tez alı gözlərin.Bir gəz baxmaz xəstəsinə,Nəzərdən salı gözlərin.

Çəkmiş üzə tiqi-əbru,Durmuş xəttü xali-hindu,Dil qəsdinə müdam keysu,Qurmuş bəlalı gözlərin.

Yüz tərəfdən olsa kömək,Mümkün olmaz tab eyləmək,Qayıdıb yorğun maral tək,Baxanda dalı gözlərin.

Hər yan səfi-mügganıdır,Aləm onun heyranıdır,Guya Xütən ceyranıdır,Ya Çin qəzalı gözlərin.

Gənci-hüsnün pasibanı,Gəc nigahı alır canı,Aşiqin dini, imanı,Həm mülkə, malı gözlərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов