Məhəmmədzadə Mirzəbala qardaşıma töhfəAmal quşu Şərqə doğru uçarkən,Gündoğuşda murad suyu içərkən,Səbah yeli Altun dağdan keçərkən,Turan ellərinə salam söyləyin.

Bir gözəl görsəniz göylər elindən,Öpün dalğalanan ipək telindən,Od yurdunun yavruları dilindən,Turan ellərinə salam söyləyin.

Baykalda görsəniz ördək izləri,Unutmayın tapşırdığım sözləri.And verirəm, durnalarım, sizləri,Turan ellərinə salam söyləyin.

Intizar gözlərdən Xəzər doğuldu,Həsrət ürəyimiz yanar dağ oldu.Dillərimiz Turan deyə yorulduTuran ellərinə salam söyləyin.

Yıldızlı bir göy tac üstə ay parə,Bir al yaylıq verim yetirin yarə,Durnalar, durnalar, bizdən dübarəTuran ellərinə salam söyləyin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине