Qabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;Ayrılaraq bu yerlərdənKönlüm yenə uçub gəzərÖz obamı, öz elimiDinləyirəm içimdə mənÖz nəğməmi, öz dilimi.Qabağımda Qara dəniz,Dağlar ağ yelənli at!Tufanlara sinə gəribQağayılar çalır qanad.Sular dəyib boz daşlaraBir andaca dönür geri.Ayrılmırlar heç dənizdənSevsələr də sahilləri!..

Alovlanır yanır sinəm,İçim dəniz, çölüm dəniz;Ürəyimdən elə bu vaxtNələr keçir, ah, bilsəniz!Vulkan olsam, sensiz sönnəm,Hara getsəm sənə dönnəm.Bir ildırım olsam əgər,

Dağlarında çaxaram mən.Ya bir sərin bulaq olsamDüzlərində axaram mən.Nə ağırdır həsrət, aman!Elim, obam Azərbaycan!Qabağımda Qara dəniz,Gözlərimdə aylı gecə,Xan Arazın işıltısı,Qulağımda Gəncə çayı.Çinarların xışıltısı,Düzlərində çiçək deyil;Gözlərimdir baxır sənə;Sinəndəki külək deyil,Sözlərimdir nəğmə olubDodaqlarda gəzir yenə.Qəlbim vurmaz sənsiz bir an,Elim, obam Azərbaycan!Qabağımda Qara dəniz,Kimlər gəldi, kimlər getdiBu sulara baxa-baxa!Dünya yaman çalxanır ey!Ömür –qayıq,Zaman–dalğa!..Qabağımda Qara dəniz,Düşündükcə bu gün səniMəst eləyir fikirlərinRəngi məni,Ətri məni.Yaşadıqca səndə olumÖlsəm belə səndə ölüm,Ürəyimdə budur arzum;Bir yanımda dəli Xəzər,Bir yanımda xan Arazım,Baş ucumda bizim çinar...Bundan gözəl söylə, nə var?Qoy bir olaq biz hər zaman,Elim, obam Azərbaycan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе