Qaqrada bir palma var,Açmışdır o çətrini.Unudaraq bu gün mənÇiçəklərin ətriniDayanıb baxdım ona.Dedim: – Palma, nədən sənDaim belə şax durub,Uzun ömür sürürsən?!Palma dedi: – Əzizim,Dəyişdikcə bu ruzgar,Yayda məni gün döyür,Qışda isə külək, qar.Ancaq mən sarsılmıram!İlin heç bir çağındaMən başımı əymədimBir kesin qabağında.Tanımadım dövlət, mal,Bilmədim nədir şöhrət,Heç kimin yanında mənÇəkməmişəm xəcalət.Sevdiyim gözəllikdir!..Nə dərdim var, nə qəmim;Gündüz insan, gecə ayOlur mənim həmdəmim.Torpağa arxalanıbDolandırdım özümü,Özgənin kölgəsinəMən dikmədim gözümü,Belə məğrur yaşadım!..Vüqarı sınsa əgər,Çürüyüb öz içindən,İnsan məhv olub gedər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов