Öləndə bir daşa çevirin məni
Öləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.Mən yaxşı bilirəm tale deyəni:Hər insan ömrünü vuracaq başa.
İstəməz nə tabut, nə də ki, məzar,Ərköyün olmadım mən bu dünyada.Bir də, bu adətdə böyüklükmü var?Əziyyət verməyin tanışa, yada...
O daşın üstündə bir usta əliƏvvəl günəş qazsın, sonra bir insan.Çünki bu dünyaya şair gələliMən ancaq onları sevmişəm, inan!
Lap sonda bir küncdə qazıb adımı,Araza ya Kürə atın o daşı!Burada bitirib mən həyatımı,Orada taparam öz sirdaşımı...Amma matəm qurub saxlamayın yas,Şair məclisində ağlamaq olmaz!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-olende-bir-dasa-cevirin-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Var üçün, dövlət üçün,Ad üçün, şöhrət üçün
1. Dedim şeir yazım onaAnadan olmasının 50 illiyi münasibətilə*Dedim şeir yazım ona...
2. Ölüm haqqında söhbətVəfatı münasibətilə*– Öldürdü lap bu dərd bizi,
3. Şairin səsiGözəl yay günü... Günəş yavaş-yavaş dağların dalına çəkilir. Mən qayıqla gölü o tərəfə keçərək meşədə asta addımlarla gəzir, bəzən günəylərə çıxıb çiyələk yığıram, bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm.Elə bu vaxt mis sifətli, uzun ağ saçları çiyinlərinə tökülmüş bir adamın mənə tərəf gəldiyini gördüm.