Günəş batır... yenə dəQan tökülür sulara,Seyr etdikcə mən bunuÇəkilir qəlbim dara.Xəyalımdan getməyir,Bir yenilməz qəhrəman;Sağ əlində avtomat,Köynəyi qan, alnı qan.Üsyan edir yadlara,Qolundakı zəncirə,Üsyan edir aclığa,Üsyan edir təhqirə!..Günəş batır... yenə dəQan tökülür sulara,Oturmuşam sahildə,Sinəmdə min bir yara.Sanki özgə deyildir,Dönüb bir gənc əsgərəDüşmənə hücum çəkibMənəm girən səngərə.Elə bil ki, mənimdir,Parçalanan o ürək,Mənimdir qan boyalı,Geymədiyim o köynək!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов