Azərbaycan bayrağına
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.Mələklərin qanadımı üzərimə kölgə salan?Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.Fəqət bizim bayrığımız ucaları pək seviyor,Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,Şu görünüş bir ananın şəfqətinə oxşayor.Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.Bu ay, yıldız, boyaların qurultayı nə demək?Bizcə böylə söyləmək!Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,Bir türk oğlu olmalı!Yaşıl boya islamlığın sarsılmayan imanı,Ürəklərə dolmalı!Şu al boya azadlığın, təcəddüdün fərmanı,Mədəniyyət bulmalı.Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDUƏsarətin gecəsindən fürsət bulmuş quş kibi,Səhərlərə uçmuşdurŞu hilal da türk bilgisi, düzgün sevgi nişanı,Yurdumuzu qucmuşdur!Allah, əməllərim edib şu bayrağı intiqal,Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-azerbaycan-bayragina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yad olanda yar peymana,Qaldım yalvara-yalvara.
Çarə kimdür ələmi biçarə olmuş könlümüÇarə kimdür ələmi biçarə olmuş könlümü,Qandadur bir cəm edən sədparə olmuş könlümü.
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin