Firqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.Sənsiz bu xəstə könlümün,Əlindən amana gəldim.

Məni bu dildəki nalə,Saldı bir özgə xəyalə,Getmə, yetmədim vüsalə,Yenə yana-yana gəldim.

Bir zaman kuyində qalsam,Qolumu boynuna salsam,Küfr zülfün ələ alsam,Elə bil imana gəldim.

Hicrində qaldım avarə,Rəhm edən yox dili zarə,Sən özün elə bir çarə,Kim, sizin divana gəldim.

Aşiq, yamandır zəmanə,Etibar olmaz xubanə,Qoymuşam mərdü mərdanə,Bu başı meydana, gəldim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви