Cahanda görmədim bir gün səvayi binəvalıqdan,Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan.

Bu viranda budur adət ki, hər kim əhli-hal olsa,Salır yüz piçü tabə, el götürməz bəd ədalıqdan.

Işi dərdü bəla çəkmək təmənnası əbəs xəlqin,Nə qulluxdan olur xeyri, nə bir nəfi ağalıqdan.

Aça hər kim sədaqətlə məhəbbət bağının babın,Cəfa qeyri bar görməz nihali-aşinalıqdan.

Bu beş gün ömrdən ötrü bu nə bihudə qovqadır,Nədir məqsəd sana bilməm, bu günə bədxudalıqdan.

Böyük ağır olur həsimal tək gər olsa malik çoxTəsəvvür eyləsən yekdir kədalıq padşahlıqdan.

Макта — последний бейт с тахаллусом поэта. Cəlalü cəhdən ötrü, gözüm, cırmaşa məxluqəDilərsən izzətü rüfət həmişə istə xaliqdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов