Ey gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.Bir zaman qovma kuyindən,Bülbülü xoşxanınam mən,

Açma zülfi-çəlipanı,Dağıtma dili-şeydanı,Vur canə növki-peykanı,Qabili-ehsanam mən.

Müşgül iş dərdi-firqətdi,Tut əlimdən mürüvvətdi,Nə desən cana minnətdi,Bəndeyi-fərmanınam mən.

Dərdin Aşiqə dərmandı,Zəhər versən nuşi-candı,Tez öldür, qoyma amandıKim, sənin qurbanınam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви