Aşıq Pəriyə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Verdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
Bir rusivalıq ilə dolanırdı zülf ara,Yandırmasaydı çöhrə açıb narə könlümü.
Peykani-eşqü tiri-qəzadən səvayi yox,Gər yüz tərəfdən əhli-cəfa yarə könlümü.
Hər nişan urarsa növki-müjkan nuşi-can olur,Əğyar söhbətidir edən yarə könlümü.
Bir üz verib əttareyi-mişkinə kim görən,Müşkil o damdan gələ qurtarə könlümü.
Yüz dad edər fəraqda, min nalə vəsldə,Bu hali- eşq gör yetirib hara könlümü?!
Kuyində eyki könlümü qurban eylədim,Təqsim qıl, hər itinə bir parə könlümü.
Məndən alanda könlümü tapşırdı qəmzənə,Ey vay, verdi qatili-xunxarə könlümü.
Zənciri-zülfi çinə çəkir, xali hinduyə,Çeşmilə xətti-Xəta ilə Tatarə könlümü.
Kuyində itlərinlə gəzir hay-həva ilə,Əhdi-qərəz sanır yenə bikarə könlümü.
Dil tellərinə bağlamışam gər inanmazsan,Tel-tel edib özün dəxi bir arə könlümü.
Gərçi ləyaqəti yox idi nisyə qoymadın,Nəqd eylədim fəda nə isə parə könlümü.
Biri nəharü həm biri şam olduğu üçün,Tapşırmışam o zülfilə rüxsarə könlümü.
Zülfi-siyahi arizi-al üzrə salmağınVəchi budur ki, ta sala ehzarə könlümü.
Çəkmən qalınca rindi-xərabətlikdən əl,Vermən ölüncə zöhdi-riyakarə könlümü.
Yüzinə vermənəm özün aqil bilənlərin,Xeyli-cünun ilə gəzən avarə könlümü.
Qorxum məhəbəti-pünhanı faş edə,Ol tifli-şux göstərə əğyarə könlümü.
Ol gün özüm qəmindən onun istəmişəm xilas,Kim vermişəm o şux dil azarə könlümü.
Tarı o mu miyanına, barik ağzına,Müştaq edib özü yox, adı varə könlümü.
Ləli-ləbin fəraqı, ruxi-alın həsrəti,Qan etdi bağrımı, salıb odlarə könlümü.
Hər zalımın əlinə düşə, rəhm edər mənə,Vermə, amandı, türrəyi-tərrarə könlümü.
Макта — последний бейт с тахаллусом поэта. Əbruvü zülfi qəmzən olub yaği Aşiqə,Mənəm həm dübarə, vermənəm onlarə könlümü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehemmed-bey-asiq-asiq-periye-qezel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Bir yanaAla gözlüm, məni Məcnun eylədin,Xumarranıb sərxoş baxma bir yana.
A yağı zülfünA beymürvət, məni candan eylədin,Göründü gözümə a yağı zülfün.
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.