Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.

Yüz nazü qəmzə ilə can almaqdır adəti,Ahu baxışlı gözləri şəhla gözəllərin.

Hər tarı bir kəmənd kimi xəlqi bənd edər,Dami-bəlayə zülfi mütərra gözəllərin.

Tavus tək bəzər özünü, xəlqi aldadar,Çün fikrü zikri məkrdi qəta gözəllərin.

Bir dəfə güldürər səni, min dəfə ağladar,Şənində gəlməyibdi təvəlla gözəllərin.

Макта — последний бейт с тахаллусом поэта. Çox imtahan elibdi kəma-keyf haqqına,Arifdi çünki, Qumriyi-şeyda gözəllərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви