Qəzəl: Bir mələk üzlü pəri simə nigarım var mənim
Bir mələk üzlü pəri simə nigarım var mənim,Zahida, huri-behiştilə nə karım var mənim
Zərrəvəş mehrilə sərgərdandır bu nüh fələk,Bir günəş üzlü qəmər tal'ətlü yarım var mənim
Sayeyi-Tuba ilə bağı-behişti neylərəm,Gülşəni-aləmdə sərvi-gülüzarım var mənim
Dilbəra, şəm'i-ruxun şövqinə hər şəb ta səhərGənci-qəmdə nari-ahi-pürşərarım var mənim
Eşqi-dilbərdən fəraqət eylə dir nasih bana,Şöylə zənn eylər ki Nitqi ixtiyarım var mənim
Kitabxana.az · https://kitabxana.az/ru/works/nitqi-sirvani-qezel-bir-melek-uzlu-peri-sime-nigarim-var-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə
Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafətiXəddin qoymadı çöhreyi-güldə lətafəti,Qəddin qopardı başına sərvin qiyaməti
Qəzəl: Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimiDüşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Qəzəl: Afaqı tutdu gün kimi yarın gözəlliyiAfaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi