Xürrəmdir aftabi-ruxundan bəhari-hüsn,Rəngindir abi-ruyunla laləzari-hüsn

Mührü-dəhanə ə'lik olalı niginSənə müsəlləm oldu, şaha, bu diyari-hüsn

Gər çox yaşarsa xətti-ləbin Xızırvəş, şaha,Abi-həyat içirdi ona çeşməsari-hüsn

Dövri-məlahət içrə, əya mahi-binəzir,Mehri-ruxunladır bu qədər iştihari-hüsn

Divanə oldu Nitqi görüb xətti-sübzini,İrdi məgər dimağına buyi-bəhari-hüsn

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе