Zülfi-siyəhin başıma sevda yetər, ey dost,Xalın bu qədər fitnələr edib nədir, ey dost

Sən qaşı kamandan irişən yetər cəfaya,Səbr eyləyəlim, ol daxi əlbət keçər, ey dost

Sərf etmə cəfanı bana həp, sonra nə dirsən,Üşşaqə cəfa lazım olursa əgər, ey dost

Mey nuş edəcək ləli-ləbin cür'ə qılırsa,Tökmə yerə ol cür'əni kim can dəyər, ey dost

Mey məclisini gərçi bəzər mütrib ü saqi,Sən olmayıcaq Nitqi bulardan bizar, ey dost

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви