Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi

Neçə bin mürği-dilə danə döküb qıldı şikar,Dilbəra, xali-ruxun fitnədə bir danə kimi

Saqi, muğbəçə, qılman, meyi-safi-Kövsər,Rövzeyi-xuldi-bərin guşeyi-meyxanə kimi

Zülfi-müşkinə kim eylərsə dəsti-dəraz,Görəyim əlləri onun qurusun şanə kimi

Nitqiya, əqlimi bir yari-pəriru aldı,Nola yar olmaz isəm kimsəyə divanə kimi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви