Könlümə o çağlar düşüb,Gözümdən o bağlar düşüb,Neçə yol yarpaqlar düşüb,Çaylar girib, dağlar düşüb,Göllər keçib aramıza.

Yar yara həsrət olmasın,Sevinc baharı solmasın,Baxışlar qəmlə dolmasın,Keçənlər unudulmasın,Sellər keçib aramıza.

Umudumu qar bağlayıb,Ürəyim qubar bağlayıb,Qolumu o yar bağlayıb,Yolumu yollar bağlayıb,İllər keçib aramıza.

Nədir içimdəki sancı?!Neçin röyalar yalançı?!Sözləri yasaq, yabançı,Sevgi düşməni, yalançıDillər keçib aramıza.

Ölsün hisləri qabalar,Yeri olsun xarabalar,Çabalar canım, çabalar,Çırağım keçib obalar,Ellər keçib, aramıza.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви