Elm tərifində deyilibdir
MÜXƏMMƏS
Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Elmə rağib olgilən qafildilər küllən cühul.
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul,
Fəzli elmi bilgilən şərilə olmuşdur qəbul,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Bu təriqətdə nə qədri çəkdi zəhmət Müstəfa,
Söylədi əlelmü-elmani və fis-sin bərməla.
Hər necə cövr etdilər edmüb olara iqtifa,
Hökm edərdi hökmü kim, hökm eyləyib ani xuda,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Elmilən bir vəqti də mənsur olub islamiyan,
Nüsrəti-islama eylərdi təəccüb bu cahan.
Bu zamanda azdı dünya içrə islami sayan,
Düşmənidir qafilin ol xudayi-laməkan.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Öyrən elmi ləhdəcən tapşırmış ol fəxri-ənam,
Mərdüzən alim olsun gərək deyibdir ol imam.
Elm elindir hər nə var biz müxtəsər qıldıq kəlam,
Dustudari-əhl-elm olmuş bilin rəbbül-ənam.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Sözlük
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-elm-terifinde-deyilibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Duvalinin İskəndərə məlumatından:Adamlıq gözləməz bir kimsə rusdan
Nizaminin qadına münasibətiBir şəxs qadındır deyə namərd sayılmaz,Namərd ona derlər ki, onun qayğısı olmaz.
Mövzulardan çıxan nəticəFarsçılığı yox onun,Türklüyə çox bağlıdır.
Nizami şeirinin özünəməxsusluğuEtibardan düşürdüm caduları sehrimlə,Mələkləri çaşdırdım sənətimlə, şerimlə..
Стихи других поэтов · О божественной любви
Qərib könül, yenə dərdim yüksəldi,Gördünmü keçmişin haldan gözəldir!
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Haqq sevən ordumuzaYurda mərdlər verənim!Gözün aydın, gözü tarix boyu odlar görənim,
ای کُنتُ کَنز آیه نقش نگین توگنجور گنج شارع شرع مبین تو