O burca
Haqqım əmr eylədi, gəldim dünyaya,Gözüm açdım, mail oldum o burca.Arif oldum, haq kəlamın oxudum,Əlif qəddim dal yazıldı o burca.
İsmin xəbər aldım, dedi Vəlidi,Göydə gəzən Cəbraildı, pəridi,Qapıçısı Şahi-Mərdan Əlidi,Məhəmməd meraca gedər o burca.
Qurbani der: Arayıban tapmışam,Qırxlar məclisindən bir pay qapmışam,Kəbədisə, mən də birin yapmışam,Min könüldən bir yol gedər o burca.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-o-burca
Клавиши ← → для перехода, R — случайное стихотворение