Qəhvə
Görək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,Əgərçə hər küzə Hindu sifət qara görünür,Deyil qara yüzü ağdır, yüzü qara qəhvə,Yüzü qara bu yüzü qaradən olur yüzü ağ,Qonağın hörmətinə eylər iktifa qəhvə,Odur ki qatiün-nəvm və qatiüş-şəhvə,Bisan çay xəta eyləməz, xəta qəhvə,Salıbdı qəlqələ Rum və İraq və İrana,Açıbdı səfheyi-aləmara ləva qəhvə
Gər istəsə biri qəhvə, pul əldə bazara,Gedər soraq edər bir qədər ala qəhvə,Yüzün bozardar əzəl müştərilərin yüzünə,O bin bəhayə satıb göstərər vəfa qəhvə,Batar qaraya əzaxanədə yanıb yaxılur,Tutar ümum əzadar ilə əza qəhvə,Biri gər istəsə bir məclisi-ziyafət aça,Olur o məclis üçün mayeyi-səfa qəhvə,Görəndə qəndi yüzü ağ, taq salur yüzünə,O ağ yüzlünü eylər yüzü qara qəhvə,Əbəs deyil özünü eylər həlak atəşdə,Olubdu aşiqi-şeyda o binəva qəhvə,Oda suya vurulur, dağ olur, canın edər,Çəkər bu illətə yüz min qəm və səfa qəhvə,İnas və nas ara əl-bəl gəzib dolanur,Nə şahdan, nə gədadan edər həya qəhvə,Öpər dodağını hər məhvəşin qucağa çıxıb,Dillə əhsənin Allah, mərhəba qəhvə,Yüzü qaradır əgər təlxnak dodağı,Əmiru şaha satar əcəb iddia qəhvə,Bu təlxkamilə hər təlxkamə şirindir,Əlavə gözəl üçün həm olur dəva qəhvə,Odur ki qəhvə içənlər o tutar gözünə,Dillə kim yetürür gözlərə cila qəhvə,Yanar səbah və məsa Faiz iştiyaqında,Yetiş harayıma canım sənə fəda qəhvə,Olaydı kaş mənim qəhvə tək qara bəxtim,Nə söz dəxi bu duaya budur dua qəhvə
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-ehmed-faiz-qehve
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Yadi-maziMazi!.. O gözəl xatireyi-şövqü şətarət,Hər an oluyor hafizəpirayi-təhəssür.
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,