Mazi!.. O gözəl xatireyi-şövqü şətarət,Hər an oluyor hafizəpirayi-təhəssür.Ati!.. O qaranlıq gecə, pürteyf mərarət,Daim eləyir ruhumu ləbriri-təəssür.

Hərdəm nəzərim maziyi-pürnəşvəyə nazir,Cuşiş veriyor könlümə hala o mənazir.

Hala o mənazir, o üfüqlər, o səmalər!..Ruhumda oyandırmada min sübhi-rəbii.Təqib edərək bir-birini leyl-səfalər,Əyyami-ələm əqlimə gəlməzdi təbii.

Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər,Yaxmaqda bu gün ruhumu suzişli ələmlər.

Hər şey mənə xəndan görünürdü o zamanlar,Oxşardı kiçik qəlbimi həp tazə çiçəklər.Pərran idi bir yanda təbərza kələbəklər,Guya sevişirlər, öpüşürlərdi həp onlar.

Gülqönçələr eylərdi səhər vəqti təbəssüm,Bülbüllər isə həpsi yekavaz tərənnüm...

Əflakə baxarkən məni məftun ediyordu,Parlaq günəşin mənzəreyi-şəşəədarı.Axşam duramaz, qərbə müsafir gediyordu,Şərqin o gözəl bakireyi-ləmənisarı.

Lakin gecə bir başqa tamaşa buluyordum,Yıldızlara heyrətlə baxıb şad oluyordum.Yıldızlara heyrətlə baxar, öylə sanırdım,Həp tazə gəlinlər gəzinir ruyi-səmadə.Bir heykəli-sevda kimi pürşölə sanırdım,Gördükcə o məhzun qəməri seyrü səfadə.

Hər mənzərə minlərcə lətafət saçıyordu,Guya ki, bədaye mənə ağuş açıyordu.

Əfsus!.. O gözəl günləri etdikcə təxəttür,Coşmaqda bu gün duyğularım böylə dəmadəm.Məhv etmədə imdi məni alami-təhəssür,Hərdəm qara xülyalar olub qəlbimə məhrəm.

Lərzan eləyir ruhumu min dürlü məzalimƏfsus... ki, mazi ədəm, ati isə müzlim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tiflisdə “İttifaq” məktəbi

1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?

2 мин
“İttifaq” məktəbinə bir nəzər

“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.

1 мин
Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!

9 мин
M.Qurbanəli Şərifzadə

NekroloqSəmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.

3 мин

Стихи других поэтов