Fərman əlindədir
Sahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.Əslən, o qayıq taleyimin rəmzidir bu gün,Rəmzim, həqiqətim dəli tufan əlindədir.Şayəd bəla yazıbsa mənim alnıma allah,Zənn etmə əlacım dava-dərman əlindədir.Ölsəm də və qalsam da vüqardır ki vüqarım,Şəxsin vüqarı gül kimi vicdan əlindədir.Şair qocalıb, hay-hayı heç... vay-vayı qalmışAncaq yenə doymaz gözü reyhan əlindədirYoxdur bu sözümdə şəbədə, məsxərə zad yox,Xasiyyətin iç aləmi pünhan əlindədir.Yatsın köpü meydan sulayan hikkəlinin qoy,İstiqbalımız sanma ki, meydan əlindədir.
Hop-gopla, vur-həşirlə düzəlməz də bu işlər,Qəti hücumla - bir qana, min qan əlindədir.
Xanəndə gərək dərk eləsin ki, səsi var, yox,Bəs tar-kamanla, zurna-balaban əlindədir?
Düşdünsə də öldür özünü yolda dumana,Həşdad fanar as, cümləsi əlvan əlindədir.
Hər aşığın və aşiqin öz dövranı beş gün,Dövran da oyuncaq kimi fərman əlindədir.
Sabirlərin, füzulilərin yoxdu zamanı,Möhlətləri göylərdəki sübhan əlindədir.
Qabil, bu yazın da nə qəzəldir, nə qəsidəSöz qiyməti, söz sərrafı oğlan əlindədir.
08.09.1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-ferman-elindedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Üç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
به خوبیست هر دل نوازی ایازیولی همچو محمود کو پاک بازی
SözЯ слово солнцем назову - других сравнений нет!И впрямь ведь, слово, ты даешь всему живому свет!