Bizim otaq
Yazıçılar birliyinin məşhur məsləhətçilər otağı
Bura bizim doğma əziz otağımızdır,Ustadların yadigarı ocağımızdır.Burda Osman Sarıvəlli məsləhət verib,Bu otaqda Rahim bizə zəmanət verib.Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm...Köks ötürüb... yad edirəm gözlərimdə qəm...Bu gün bizik bu otağın sakinləri - biz.Bu gün biz də qocalmışıq, cavan deyiliz.Bu otağın bir azadlıq ən’ənəsi var...Mübahisə, hay-küy, şadlıq ən’ənəsi var...Bura elə çoxdan-çoxdan qaynar qazandır,Çax-çuxuna öyrəşdiyim bir dəyirmandır.Bura mühit otağıdır - ədəbi mühit.Mənə elə gəlir ki, lap əbədi mühit.Bura bizim hərarətli, isti yuvamız,Bura abi havamızdır, ovqatımızdı.Bir-birimizə təzə şe’r sovqatımızdır.Sözü olan, olmayan da bura baş çəkir,
Üzü olan, olmayan da bura baş çəkir.Bu otağa azmı girib cızmaqaraçı?Özünü şair hesab edən sırtıq qaraçı.Bir köntöydən acı tə’nə yemişik də biz.Bir qanmaza: - “bas bayıra!” demişik də biz.Azəroğlu suallara qərq olur burda.Böyük-kiçik məqamında fərq olur burda.Bu otaqda sevinc ilə kədər yanaşı.Bə’zən elə qarışır ki, Efesin başı.Balasadıq nə soruşur; - bilmirəm! - deyir.Abbas deyir: “bir bura gəl”, “gəlmirəm!” deyir.Qasanbekin ədasına burda döz görüm.
Ört qapını, aç şüşəni, yüz-yüz süz görüm!Umu-küsü bu otaqda qaş-göz arası.Daha bunun umu-küsü oldu harası?Allah bizim tərəfdədir, bilir işini,
Çəkir bizə ilişənin çəkir vişini,Çəkir bizə qıcırdanın çəkir dişini.Bu otaqda dil söhbəti, əsər söhbəti,Heç kim burda sala bilməz hədər söhbəti,İşarədən söz qanırıq - deyilik naşı...Yox, korşalmaz aqillərin fəhmi-yaddaşı.Bu otaqda kim daş atsa bostanımıza,Hünəri var gəlib girsin meydanımıza...İşiq sönsə, otağımız nurludur yenə,Otağımız boyanıbdır şe’rin eşqinə.Şe’rin şamı burda daim yanıb, yanacaq.Bəli, belə bir otaqdır bizim bu otaq,Belə idi, həmişə də belə qalacaq!
1 Fikrət Sadıq.
2 Abbas Abdulla.
3 Yusif Həsənbəy.
27.10.1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-bizim-otaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Если россыпи слов, что размерной не тешат игройТе, что чтут жемчуга, жемчугами считают порой,
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,