Naşirlər
A naşirlər, insafa, mürvətəgəliniz bir!Görün xalqın şairi bu günsizə nə deyir:
Cızmaqaraçıların çevrilməyinquluna!Şirnikməyin onların halal-harampuluna.
Boğazından kəsənin qeydinə qalınbarı,Cəfəngiyat eşqinə ac qalıruşaqları.İndiyəcən hardaymış bəs bu yazıyazanlar?Həm gülməli, həm də ki ağlamalıbir azar.Millət başdan-ayağa kitab yazanolubdur;Kitab selləməsiylə, əşşi, aləmdolubdur.Cammat düçar olub əcaib bir mərəzə,-Kitab yazmaq çevrilib qoz-fındığa,çərəzə.Hamının yeri-yurdu “övliya”, “ocaq”imiş,Hamı “vunderkind” imiş, “vergili”uşaq imiş,Cızmaqara kitablar şəkillərlədoludur,Müəllifin “əcdadı”, “şəcərəsi”, “uludur”
Kitablar nəfis-nəfis, kitablarqalın-qalın;Oxuyun “dərs” götürün, oxuyun“ləzzət” alın.Şit-şit avtoqraflar, hay-küylütəqdimatlar,Yığılsın qoy bu matah, bağlansınqoy bu bazar.Sovetlər ittifaqı yaxşı ki, oldubərbad,Üzə çıxa bilərdi heç bu qədər“iste’dad”...Naşirlər! bu milləti, xalqı axmaqsanmayın.Qrafoman puluna, siz allah,aldanmayın!Əsl yazıçı gəzir qoltuğunda əsəri,Elə hey sığallayır saralmışvərəqləri.Ucdantutma ağlına gələni yazırhamı,İçinnən tüstülənir əsl qələm
adamı.Azadlığın bəhrəsi-barı budur,yeyiniz...Əşşi, bu günümüzə hələ şükür deyiniz,Kitablar yaraşıqlı, kitablarzərli-zərli,Söz deməzdim bircəsi əyər olsaydıfərqli.Heç nəyimiz yoxsa da, söz ustadlarımızvar;Vallah, narahat edir bizi narahatruhlar.Amanın bir günüdür, saf-çürüyəbaşlayın!Malı mala qatmağı birdəfəlikboşlayın!İnci ilə muncuğu seçməyəndədir günah,Nəfsini tapdalayıb keçməyəndədir günah.Kitabın pisi mə’lum, rədd eləbabatını!Qov getsin, üfür getsin sözünhəşəratını!
Ay naşirlər! insafa-mürvətəgəliniz bir!Görün xalqın şairi bu gün sizənə deyir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-nasirler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Allah, ölümün haqdıBu dünya, o dünya var,Allah, ölümün haqdı!
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.