Dünyaya tanıtdı AzərbaycanıBakının şöhrəti, Bakının şanı.Odlar diyarının ürəyidir o,Arxası, dayağı, köməyidir o.Hasarsız, çəpərsiz bağlar şəhəriQışın özündə də bahar şəhəri!Küləyi, tufanı, çılğın nərəsi...

Qartal qanadları bəxş edir bizə,Mətanət gətirir iradəmizə.Bakı qonaqsevər, üzügülərdir;Səyyahlar ayrılmaq istəmir ondan,Sərvəti, dövləti dünya qədərdir.Burda tel-tel olur qızıl zə’fəran.Xəzər sahilində mirvari qumlar,Kəhrəba salxımlar, şəvə salxımlarMənim şəhərimin naz-ne’mətidir,Öz təbiətidir, öz ne’mətidir.Qədim qız qalası - qədim töhfəsi.Xəzər qalxıb-enən geniş sinəsi,Əlvan çilçıraqlar gözünün nuru,Vurğunun heykəli sonsuz qüruru.Nəbzində arazın, kürün ahəngi.Başında dəlidağ yaylaqlarınınŞehi cilvələnən əlvan çələngi.Ruhunda Göy gölün şe’riyyəti var,Qəlbində Sumqayıt hərarəti var.Uzaq dağlardakı kəndimiz beləBakısız yaşamır bircə anını,Onunla tanıdır öz ünvanını.

Qürurla üz tutub bütün cahanaBakılı deyirəm Azərbaycana

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине