Yazıcılar yazıları yazanda,Bizim də yazını yazdı xal-xala.Cəfa çəkdim, can çürütdüm, yar sevdim,İnsafdırmı, mən almayam, xalx ala?

Göydə bir ulduz var, adı Talıbdı,Sən gözəlin dərdi məni alıbdı.Əlimi sinəndə şahmar çalıbdı,Dərman dedim, buyurdular xalxala.

Qurbaniyəm, mən də bir tağ yetirdim,Onun suyun dağdan, daşdan gətirdim.Zəhmət çəkdim, tər şəmamə yetirdim,İnsafdırmı, şəmaməni xal xala?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви