Dəyər sənə
Sallana-sallana gedən Salatın,Gəl belə sallanma, göz dəyər sənə,Al-yaşıl geyinib qarşıda durma,Yayın bəd nəzərdən, söz dəyər sənə.
Getmə, getmə görüm, kimin yarısan,Hansı bəxtəvərin vəfadarısan?Kölgədə bəslənmiş quzey qarısan,Səhərin yelləri tez dəyər sənə.
Qurbani der: heç kəs yarın öyməsin,Düymələ yaxanın çarpaz düyməsin,Dəstələ zülflərin, yerə dəyməsin,Yollar qubarlanar, toz dəyər sənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-deyer-sene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Aşıq Əhməd Paşanın deyişməsi
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.