I deyişməŞ i r v a n l ı D o s t uSəndən xəbər alım, Aşıq Qurbani,O necə dəryadı – abi-zəmhəri?Xitab oldu, ərşdən, kürşdən yerişdi,O nədir ki, bu dünyanın gövhəri?

Q u r b a n iAl cavabın deyim, məndə qalmasın,Elm dəryasıdı – abi-zəmhəri.Xitab oldu, ərşdən, kürşdən yerişdi,Dörd kitabdı bu dünyanın gövhəri.

Ş i r v a n l ı D o s t uO nədir ki, olmaz onun çarası,O nədir ki, heç tutulmaz yarası?O kim idi, uzaq düşdü arası,Torpağına qatdılar müşk-ənbəri?

Q u r b a n iO – ölümdü, olmaz onun çarası,O – pis sözdü, heç tutulmaz yarası.Şəddad idi, uzaq düşdü arası,Qatdılar torpağına müşk-ənbəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов