Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,Yükünü tutmusan hamıdan uca,Qərib xan dadaşıma di gəlsin.

Otağına çəkilə mi elə şüşə,İraq mənzillərin yavuğa düşə,Mən öləndə cənazəmə yapışa,Qərib xan dadaşıma di gəlsin.

Zöhrəbanu der: yazdan olmuşam,Döyə-döyə iki dizdən olmuşam,Ağlamaqdan bir cüt gözdən olmuşam,Qərib xan dadaşıma di gəlsin.

Случайное стихотворение

Стихи других поэтов